RU

“Klubun mənə heç bir borcu yoxdur, hamımız dua edirik ki…”

«Hazırda klubun mənə heç bir borcu yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Mingəçevir»in funksioneri Zaur Qarayev deyib.
I Liqada mübarizə aparan «işıqçılar»ın rəsmisi maliyyə durumunun normal olduğunu bildirib. O, mövsümün əvvəlində yaranmış problemlərin artıq aradan qalxdığını söyləyib:
«Biz maaşımızı vaxtlı-vaxtında alırıq. Hər şey qaydasındadır indi. Mənim burada heç kimlə problemim olmayıb. Pul üstündə söhbətimiz düşməyib. Hamımız dua edirik ki, bir də problem çıxmasın, «Mingəçevir» Premyer Liqaya vəsiqə qazansın. Hazırda hamımız bunu istəyirik. O cür söhbətlərin yayılması qətiyyən xoş deyil. Adama pis təsir edir».

Избранный
7
sportinfo.az

1Источники