RU

Qətər XİN: İran ərazimizə endirdiyi aviazərbələrə görə cavab verməli olacaq » AzadMedia.az


 
Qətər İranın onun ərazisinə endirdiyi aviazərbələrdən sonra cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.

Bu barədə Qətər XİN-in mətbuat katibi Məcid bin Məhəmməd əl-Ənsari CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qətər hərbçiləri İranın mülki infrastruktura, o cümlədən beynəlxalq hava limanına yönəlmiş hücumlarının qarşısını alıb.

Ənsari qeyd edib ki, bu cür hücumlar cavabsız qala bilməz.

"Qətər İranın ölkə xalqına hücumundan sonra cavab tədbirləri görmək hüququnu özündə saxlayır", - əl-Ənsari deyib. O əlavə edib ki, İranın zərbələri "cavabsız qala bilməz" və o, buna görə cavab verməli olacaq.

Mətbuat katibi qeyd edib ki, Doha İran hökuməti ilə əlaqə saxlamır, çünki ölkənin müdafiəsinə və əsas infrastrukturun qorunmasına fokuslanıb.

"Hazırda biz (İran – red.) hökuməti ilə əməkdaşlıq etmirik. Biz ölkəmizin müdafiəsi ilə məşğuluq", - o deyib.
Избранный
13
8
azadmedia.az

9Источники