RU

Türk dövlətləri arasında mediasiya sahəsi güclənir - FOTOLAR » AzadMedia.az


Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti cənab Tufan Erhürman Türk Dünyası Arabulucular Birliyi və Kipr Türk Barolar Birliyi nümayəndə heyətini qəbul edib.

AzadMedia.az
xəbər verir ki, Türk Dünyası Arabulucular (Mediatorlar) Birliyində Türkiyyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğısıstan Respublikasından olan heyət iştirak etmişdir.

Azərbaycandan olan mediatorlardan ibarət heyət Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova ilə təmsil edilmişdir.

Görüş zamanı dövlət başçısı nümayəndə heyətini salamlayıb, səfərdən məmnunluğunu ifadə edib və qurumlar tərəfindən həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat alıb. O, hüquqi əməkdaşlıq, mediasiya institutunun inkişafı və Türk dünyası çərçivəsində peşəkar əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Qəbul zamanı Türk Dünyası Arabulucular Birliği'nin təmsilçiləri təşkilatın məqsəd və vəzifələri, strateji baxış bucağı, eləcə də gələcək fəaliyyət istiqamətləri barədə ətraflı təqdimat ediblər. Bildirilib ki, əsas hədəf Türk dövlətləri arasında mediasiya sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, institusional əməkdaşlığın möhkəmləndirilməsi və alternativ mübahisə həlli mexanizmlərinin təşviqidir.

Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi şəraitində başa çatıb.
Избранный
87
1
azadmedia.az

2Источники