RU

"Fənərbaxça" kolumbiyalı futbolçu üçün hərəkətə keçdi

style='margin-bottom:10px;'>

"Fənərbaxça" müdafiə xəttini kolumbiyalı futbolçu ilə gücləndirmək üçün hərəkətə keçib.

QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub gələn mövsüm  İtaliyanın A Seriyası təmsilçisi "Bolonya"da çıxış edən Con Lukumini heyətinə qatmağı planlaşdırır. Məlumata görə, 27 yaşlı futbolçunu transfer siyahısının ilk pilləsinə əlavə edən "sarı-lacivərdlilər" tezliklə rəsmi danışıqlara başlayacaq.

Qeyd edək ki, təcrübəli müdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 29 matçda meydana çıxıb və 1 qolla yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Xatırladaq ki, "Fənərbaxça" yay transfer pəncərəsində Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan bir illik icarəyə götürdüyü və klub tarixinə ilk kolumbiyalı futbolçu kimi düşən Con Duranla qışda gözlənilmədən yollarını ayırıb.

Избранный
211
2
teleqraf.com

3Источники