RU

BDU könüllüləri Birinci Türkoloji Qurultayın yubileyini simulyasiya konfransı ilə qeyd ediblər

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 2 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş simulyasiya konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Birinci Türkoloji Qurultayın keçirilməsinin Türk dünyasının elmi və mədəni inteqrasiyası baxımından mühüm hadisə olduğunu qeyd edib. Bu təşəbbüsün türk dili, ədəbiyyatı, ortaq mədəni dəyərlərinin qorunması və təbliği istiqamətində xüsusi rol oynadığını deyib: “Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bu il Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin ölkə miqyasında keçirilməsi və gənclərin bu prosesdə fəal iştirakı çox vacibdir. Çünki 100 il əvvəl həmin qurultayda qarşıya qoyulan məqsədlər bu gün də aktualdır. Onların müasir tələblərə uyğunlaşdırılması, Türk dünyasının birliyi üçün icrasının təmini gənclərin əlindədir. İnanıram ki, simulyasiya konfransının təşəbbüskarı olan gənclər öz araşdırmaları ilə Türk dünyasının birliyinə töhfə verəcəklər”.

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov I Türkoloji Qurultayda iştirak edən ictimai xadimlər, qurultayın çağırılması, müzakirə olunan məsələlər, ortaq əlifba məsələsi, ərəb və latın qrafikalarının müqayisəsindən danışıb. Bildirib ki, yüz il əvvəlki məsələlər müasir şəraitdə uğurla gerçəkləşdirilir.

“BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov simulyasiya konfransının qaydalarını iştirakçıların diqqətinə çatdırıb və tələbələrin suallarını cavablandırıb.

Simulyasiyanın ilk sessiyasında iştirakçılara çıxış üçün müəyyən vaxt verilib. Hər bir çıxışçı öz mövqeyini ifadə edib. Konfransın davamında moderatorsuz sessiya keçirilib, ardınca ortaq sənəd qəbul edilib.

Konfransın sonunda fərqlənən gənclər təşəkkürnamə ilə təltif olunublar.

Simulyasiya konfransında 20-yə yaxın könüllü təşkilatının üzvü, 10-dan çox universitetdən tələbələr iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
1
azertag.az

2Источники