RU

Fənərbaxça kolumbiyalı futbolçu üçün hərəkətə keçdi

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Fənərbaxça" kolumbiyalı futbolçu üçün hərəkətə keçdi

"Fənərbaxça" müdafiə xəttini kolumbiyalı futbolçu ilə gücləndirmək üçün hərəkətə keçib.

QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub gələn mövsüm İtaliyanın A Seriyası təmsilçisi "Bolonya"da çıxış edən Con Lukumini heyətinə qatmağı planlaşdırır. Məlumata görə, 27 yaşlı futbolçunu transfer siyahısının ilk pilləsinə əlavə edən "sarı-lacivərdlilər" tezliklə rəsmi danışıqlara başlayacaq.

Qeyd edək ki, təcrübəli müdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 29 matçda meydana çıxıb və 1 qolla yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Xatırladaq ki, "Fənərbaxça" yay transfer pəncərəsində Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan bir illik icarəyə götürdüyü və klub tarixinə ilk kolumbiyalı futbolçu kimi düşən Con Duranla qışda gözlənilmədən yollarını ayırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
148
2
qol.az

3Источники