RU

Azərbaycanla İtaliya şirkətləri ödəniş texnologiyaları sahəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə İtaliyanın "Numia" və "Bancomat" şirkətləri arasında rəqəmsal maliyyə xidmətləri və ödəniş texnologiyaları sahəsində əməkdaşlıq imkanları, innovativ ödəniş həllərinin tətbiqi, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi məsələləri müzakirə olunub.

Day.Az xəbər verir ki, bu, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilovun İtaliyanın "Numia" və "Bancomat" şirkətlərinin nümayəndə heyəti ilə görüşü zamanı baş tutub.

 

Qeyd edilib ki, bu görüş Dövlət Neft Fondu və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən təşkil olunan, "Fondo Strategico Italiano (FSI)" şirkətinin təşəbbüsü ilə İtaliyanın biznes sektorunun nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutub.

Səfər çərçivəsində "Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir də keçirilib. Tədbirdə Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, prioritet sektorlar üzrə investisiya imkanları, əlverişli biznes mühiti və institusional əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Избранный
1
2
day.az

3Источники