RU

BDU türkologiya istiqamətində əlaqələrini genişləndirir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 2 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Beynəlxalq Qazax Dili Akademiyasının və Beynəlxalq Türkologiya Mərkəzinin prezidenti, Qazaxıstan Milli Elmlər Akademiyasının və Qazaxıstan Sosial Elmlər Akademiyasının akademiki Erden Zadauli Kajıbek ilə görüşüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsinin türk dövlətlərinin ortaq dəyərlər ətrafında birləşməsi və bunlara elmi aspektdən yanaşmanın yeni modelinin müəyyən edilməsi baxımından vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin BDU ilə Beynəlxalq Qazax Dili Akademiyasının və Beynəlxalq Türkologiya Mərkəzi arasında türkologiya istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub, elm və təhsil sahəsində birgə layihələrin ölkələrimizin və xalqlarımızın inkişafına töhfə verəcəyi vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
azertag.az

2Источники