RU

“Dortmund”da ciddi itki - KAPİTAN mövsümü erkən başa vurdu

"Borussiya Dortmund"un heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın kapitanı Emre Can sıradan çıxıb.

Almaniya millisinin sabiq üzvü Bundesliqanın 24-cü turunun "Bavariya" ilə oyununda (2:3) zədələnib.

Sol dizinin çarpaz bağları qopan 30 yaşlı yarımmüdafiəçi mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Borussiya" Emre Canı 2020-ci ilin yayında "Yuventus"dan 25 milyon avroya transfer edib. Təcrübəli futbolçu bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol vurub.

Flik “100”ə çatdı

“Yuventus” Spalettini komandada saxlayacaq

Gürcü futbolçu La Liqada ən yaxşısı seçilib

Günün oyunları bu kanallarda - TV AFİŞA

Hansı oyun, hansı kanalda? - TV AFİŞA

Избранный
34
1
apasport.az

2Источники