RU

Darvin Nunez Avropaya qayıdır: Üç nəhəng klub növbəyə düzülüb

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda gözlənilən performansı sərgiləyə bilməyən uruqvaylı hücumçu Darvin Nunez yenidən Avropa klublarının hədəfindədir.

Fanat.Az xəbər verir ki, "Football Insider"in yaydığı məlumata görə, 26 yaşlı forvard üçün "Nyukasl Yunayted"dən sonra "Atletiko Madrid" və "Yuventus" da hərəkətə keçib.

Səudiyyə təmsilçisində əsas heyətdəki yerini itirən Nunezin karyerasını İspaniya və ya İtaliyada davam etdirməyə isti baxdığı bildirilir. Mütəxəssislərin fikrincə, xüsusilə "Atletiko Madrid"in oyun tərzi Nunezin yenidən öz formasına qayıtması üçün ən ideal seçim ola bilər.

Yay transfer pəncərəsində bu üç klub arasında ciddi rəqabətin yaşanacağı gözlənilir.

Избранный
8
1
fanat.az

2Источники