RU

Tramp: “Onlar indi savaşda iştirakda israrlıdır” – regionda balans dəyişir?

ABŞ prezidenti Donald Tramp müharibənin gedişi və ərəb ölkələrinin mövqeyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, dövlət başçısı qarşıdurmanın planlaşdırılandan daha sürətli getdiyini və prosesin gözlənilən qrafiki qabaqladığını bildirib.

“Mən istəmirəm ki, bu müharibə çox uzansın. Düşünürdüm ki, 4 həftə davam edəcək. Biz isə bir az qrafiki qabaqlayırıq”, – deyə Tramp vurğulayıb.

Prezident CNN-ə müsahibəsində ərəb dövlətlərinin mövqeyində dəyişiklik olduğunu da qeyd edib. Onun sözlərinə görə, əvvəlcə ərəb ölkələri prosesdə çox məhdud iştirak etməyi planlaşdırırdı, lakin indi aktiv şəkildə iştirakda israrlıdır.

“Onlar əvvəlcə çox az iştirak etməyi düşünürdülər, indi isə öz iştiraklarında israr edirlər”, – deyə ABŞ lideri bildirib.

Musavat.com

Избранный
59
musavat.com

1Источники