RU

Baş məşqçi yenidən Premyer Liqaya qayıtmağı hədəfləyir

style='margin-bottom:10px;'>

"Vest Hem" və "Vulverhempton"un sabiq baş məşqçisi Xulen Lopetegi yenidən Premyer Liqaya qayıtmağı planlaşdırır.

QOL.az xəbər verir ki, "TalkSPORT" nəşrinin məlumatına görə, hazırda Qətər millisini çalışdıran və komandanı DÇ-2026-ya çıxaran ispanyalı mütəxəssis klub futboluna qayıtmağa hazır olduğunu bildirib. "Vest Hem"dəki debüt mövsümündə istefaya göndərilməsinə baxmayaraq Lopetegi İngiltərə futboluna olan sevgisini gizlətməyib.

Təcrübəli məşqçi Premyer Liqanı dünyanın ən yaxşı yarışı adlandıraraq xüsusilə azarkeşlərin yaratdığı mühiti yüksək qiymətləndirib. Lopetegi qeyd edib ki, hazırkı əsas hədəfi Qətər yığması ilə Dünya Çempionatında uğur qazanmaq olsa da, gələcəkdə İngiltərəyə qayıtmaq onun üçün böyük məqsəd olaraq qalır. Hazırda Qətər millisi ilə mühüm bir layihənin başında olan məşqçinin bu açıqlaması onun Premyer Liqa klublarının təkliflərinə hələ də açıq olduğunu göstərir.

Избранный
167
1
teleqraf.com

6Источники