RU

Almaniya neft və təbii qaz tədarükü ilə bağlı açıqlama verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya neft və təbii qaz tədarükü ilə bağlı açıqlama verib.

Banco.azxəbər verir ki, Almaniya hökumətinin sözçüsü Ştefan Kornelius ABŞ və İsrailin İrana qarşı birgə hücumundan sonra Yaxın Şərqdə artan geosiyasi gərginliyin Almaniya iqtisadiyyatına təsirlərini hazırkı mərhələdə kəmiyyət baxımından müəyyən etməyin mümkün olmadığını bildirib. O, regiondan çox məhdud həcmdə xam neft idxal etdiklərini vurğulayaraq narahatlıq üçün əsas görmədiklərini ifadə edib.

Kornelius Berlində keçirilən mətbuat konfransında Yaxın Şərqdəki hadisələrin iqtisadi nəticələrinin böyük ölçüdə münaqişənin davametmə müddətindən asılı olacağını deyib.

Hökumətin sənaye nümayəndələri, ticarət və sənaye palataları, həmçinin Avropa İttifaqı Komissiyası və avropalı tərəfdaşlarla sıx əlaqədə olduğunu qeyd edən Kornelius mümkün ssenarilər barədə proqnoz verməkdən çəkinib.

Enerji təchizatı ilə bağlı narahatlıqlara münasibət bildirən Kornelius deyib: “Neft və təbii qaz tədarükü ilə bağlı təşvişə əsas yoxdur. Təchizat mənbələrimiz şaxələndirilib.”

Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü də oxşar açıqlama verərək ölkədə xam neft və mayeləşdirilmiş təbii qazın (LNG) təchizat təhlükəsizliyinin təmin olunduğunu bəyan edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
15
1
banco.az

2Источники