RU

Tramp: Quru qoşunları göndərilə bilər

Tramp: Quru qoşunları göndərilə bilər

ABŞ Prezidenti Donald Tramp zərurət yarandığı təqdirdə Amerika quru qoşunlarının İrana göndərilməsi ehtimalını kənarda qoymadıqlarını bildirib.

AFN.az xəbər verir ki, "New York Post" qəzetinə açıqlama verən Tramp həftəsonu Yaxın Şərqdə İsrail ilə birlikdə İrana qarşı başlatdıqları hərbi hücumların son vəziyyətinə toxunub. Tramp hərbi əməliyyatlar zamanı Tehran rəhbərliyinin onlarla yüksək rütbəli rəsmisini zərərsizləşdirərək planlaşdırılandan daha çox irəliləyiş əldə etdiklərini iddia edib.

İrana qarşı hücumlarda quru qoşunlarından istifadə olunması ehtimalı ilə bağlı suala "Tərəddüdüm yoxdur" cavabını verən Tramp, hər prezidentin söylədiyi "Quru qoşunları olmayacaq" ifadəsini işlətmədiyini vurğulayıb.

O, hücumlar zamanı quru qoşunlarına böyük ehtimalla ehtiyac duyulmayacağını, lakin lazım gələrsə, bu addımın atıla biləcəyini ifadə edib.

Избранный
45
afn.az

1Источники