RU

Bu gün Od çərşənbəsidir

Bu gün Azərbaycanda Novruzun ikinci – Od çərşənbəsidir.

KONKRET.az xəbər verir ki, Od çərşənbəsinə xalq arasında Üskü çərşənbə, Addı çərşənbə də deyirlər.

Bu çərşənbə insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür.

Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır.

Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub.

Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.

Xatırladaq ki, Yel çərşənbəsi martın 10-da, ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.

Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-də daxil olacaq. Martın 20-21-i isə Azərbaycanda Novruz bayramı qeyd olunur.

Избранный
79
21
konkret.az

4Источники