RU

Pezeşkian: Xameneinin öldürülməsi ABŞ və İsrailə heç nə qazandırmadı

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ali dini lider Ayətullah Əli Xameneinin öldürülməsi ABŞ və İsrail üçün heç bir nəticə verməyib və əksinə, onlar üçün “rüsvayçılıqla” nəticələnib.

NOCOMMENT.az xəbər verir ki, Pezeşkian bu barədə “Telegram” kanalında paylaşım edib.

“Ali liderin öldürülməsi İsrail və ABŞ-a heç nə qazandırmadı və onlar üçün utanc oldu. Bu gün məscidlərdə, küçələrdə və meydanlarda matəm saxlayan xalqımız göstərdi ki, düşmənin planlarını həyata keçirməsinə imkan verməyəcək”, – deyə İran prezidenti yazıb.

İran rəhbərliyi ölkədə həmrəylik nümayiş etdirildiyini vurğulayır. ABŞ və İsrail tərəfi isə bu açıqlamaya hələlik münasibət bildirməyib.

Sara

Избранный
44
nocomment.az

1Источники