RU

Türkiyədə Bolu bələdiyyə başqanı Tanju Özcan həbs edilib

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Türkiyədə Bolu bələdiyyə başqanı Tanju Özcan həbs olunub.

Oxu.Az İHA-ya istinadən xəbər verir ki, o, vəzifədən sui-istifadə etməkdə ittiham olunur.

İddiaları qəbul etməyən Özcan təsisçilərindən biri olduğu BOLSEV fondunun məhkəmə qərarı ilə yaradıldığını, əsas məqsədin ehtiyac sahiblərinə yardım və gələcəkdə qocalar evinin tikintisi olduğunu deyib. Özcan fondun nəzdində yaradılan şirkətin idarəçiliyində və "Bolu Bel A.Ş".-də hər hansı vəzifə tutmadığını vurğulayıb.

Bələdiyyə sədri marketlərlə keçirilən görüşdə məcburiyyət və ya təzyiq olmadığını, yazılı müqavilə və ya məcburi ödəniş tələbi irəli sürmədiyini qeyd edib. O, ittihamları əsassız adlandırıb və real təzyiq halında şirkətlərin məhkəməyə müraciət edə bilməyəcəyini bildirib.

Özcan əlavə edib ki, saxlanılması səbəbindən fondun tələbələrə verdiyi təqaüdlərdə gecikmə yarana bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
1
oxu.az

2Источники