Mövsümün sonunda komanda İngiltərə Premyer Liqasını tərk edərsə, “Tottenhem Hotspur” oyunçularının maaşları əhəmiyyətli dərəcədə azaldıla bilər.
İdman.Biz-in xəbərinə görə, insayder Devid Ornşteynin sosial mediada bu barədə bildirib.
Mənbənin məlumatına görə, London klubunun oyunçularının əksəriyyətinin müqavilələrində komanda Çempionşipə düşərsə, maaşlarının təxminən 50% azaldılmasına səbəb ola biləcək bənd var.
“Tottenhem Hotspur” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 29 xalla 16-cı yerdədir. 18-ci yerdə olan “Vest Hem Yunayted”in isə 25 xalı var.