RU

Zirəddin İranla bağlı dəhşətli proqnoz verdi - Foto

Mən daha öncə demişdim ki, İranın dini lideri Əli Xameneiyə kənardan təhlükə görmürəm. Təhlükənin ona öz xalqından gələcəyini də vurğulamışdım. Çox təəssüf ki, bu, belə də oldu.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev İranla bağlı bir ay öncəki proqnozları haqda danışarkən deyib.

“Bütün rəsmi məlumatlarda bildirilir ki, ABŞ kəşfiyyatı ölkədaxili agentlərdən Xameneinin harada, nə zaman və hansı tədbirlərdə olacağına dair məlumatlar əldə edib. Daha sonra da əldə edilən məlumatlar peyk vasitəsi ilə izlənilib. Nəticə isə göz qabağındadır.

ABŞ kəşfiyyatı məlumatı İranın daxilindən, yəni Xameneinin öz millətindən əldə edib və bu baxımdan proqnozumda yanılma yoxdur. Hətta dini liderin öz adamlarının onu satdığına dair açıqlamalar da var.

Xamenei öz əcəli ilə ölməyib. Sui-qəsd nəticəsində öldürülüb. Onun əvvəlcədən öldüyünə dair yayılan xəbərlər həqiqəti əks etdirmir”, - ekstrasens vurğulayıb.

Избранный
20
publika.az

1Источники