RU

ABŞ-nin Peşəvərdəki Baş Konsulluğu fəaliyyətini dayandırdı

ABŞ-nin Pakistanın Peşəvər şəhərindəki Baş Konsulluğu ölkəni bürüyən etirazlar fonunda fəaliyyətini dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin İslamabaddakı səfirliyi məlumat yayıb. 

Səfirliyin internet saytında yerləşdirilən açıqlamaya görə, ABŞ-nin Karaçi və Lahordakı Baş Konsulluqları da 3 mart tarixinə planlaşdırılan bütün viza və digər iş görüşlərini ləğv edib. 

Məlumata görə, ABŞ-nin İslamabaddakı səfirliyinin konsulluq şöbəsi çərşənbə axşamı yenidən fəaliyyətini bərpa edəcək.

Избранный
49
4
redaktor.az

5Источники