RU

Milli mədəniyyətlər və özünüdərk- Onu kimlər boğur?

Cənubi Afrika dövlət xadimi Frederik de Klerk 1994-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülüb. Onun "Forum 2000" konfransında (17 oktyabr, Praqa) səsləndirdiyi möhtəşəm "Qloballaşma dövründə mənəvi və əxlaqi əsaslar" nitqindən: "Düşünürəm ki, biz bunu etiraf etməliyik: Qloballaşan dünyamız, hər şeydən əvvəl, materializm tərəfindən idarə olunur. Gəlirdən başqa "tanrı" yoxdur və faizlər onun "peyğəmbərləri"dir. Şəxsi uğur ənənəvi dəyərlərlə-borcun yerinə yetirilməsi və ədəb-ərkanla deyil, getdikcə daha çox var-dövlət və maddi nemətlərin yığılması ilə ölçülür.
Qloballaşma nəticəsində əvvəllər mədəni cəhətdən müxtəlifliyin müşahidə edildiyi əksər sahələrdə yeni beynəlxalq bərabərlik meydana gəlir. Təsəvvür edin, bütün dünyada yeni nəsil yetişir. Onun nümayəndələri uşaqlıqda eyni televiziya verilişlərinə baxırlar, eyni pop-musiqiyə qulaq asırlar, yeniyetməlik illərində eyni pop-ulduzlara pərəstiş edirlər, yetkin yaşa çatdıqda isə eyni serialların süjetinin inkişafını izləyirlər. Qlobal xəbər agentlikləri və şərhçiləri bizim dünya qavrayışımıza getdikcə daha çox təsir edirlər. Bu nəslin nümayəndələri digər fikirlərlə tanış deyillər. Onlar eyni xəbərlərə baxırlar və bu xəbərlərin eyni şərhini-qlobal şərhini qavrayırlar.
Onlar eyni dəblə ayaqlaşır və qlobal marketoloqların işləyib hazırladığı eyni məhsulları alırlar. İstər oyuncaq, istər Disney cizgi filmlərinin personajlarının təsviri olan köynəklər, cinslər, Paris, Milan, yaxud Nyu Yorkun dəbdə olan ətirlər, istərsə də Yaponiya, yaxud Koreya istehsalı olan elektrik mallarının ən son modelləri olsun. Onlar eyni ticarət mərkəzlərinə gedir, eyni "fast-fud" restoranlar şəbəkəsindən hamburger alır, Şanxaydan tutmuş Buenos-Ayresə və Frankfurtdan tutmuş Sinqapura kimi hər yerdə eyni olan ofis binalarında işləyirlər. Nəticədə də həyata eyni cür yanaşan, eyni zövqləri paylaşan və eyni ümidləri bəsləyən yeni nəsil meydana gəlir...
Yerli, milli mədəniyyətlər və özünüdərk boğulur. Bəzi hesablamalara görə, hazırda dünyada mövcud olan altı min dildən yarısı növbəti yüzillikdə yox olacaq. Mədəni müxtəliflik hətta planetimizdəki həyatın bioloji müxtəlifliyindən daha çox təhlükəyə məruz qalır. Hesab edirəm ki, qloballaşma bizim qarşımızda böyük bir vəzifə qoyur: getdikcə daha çox materializm və yeknəsəqliklə səciyyələnən dünyada mənəvi mahiyyəti tapmaq və onu qorumaq."
Etibar Əliyev, ekspert
Избранный
17
news365.az

1Источники