RU

Neftin qiyməti 100 dolları keçə bilər

Şərqdə artan geosiyasi gərginlik və Hörmüz boğazının bağlanması qlobal enerji bazarlarında kəskin dalğalanmaya səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, analitiklərin fikrincə, bu strateji marşrutda fasilə qlobal neft təchizatının təxminən 20 faizinin risk altına düşməsi deməkdir.

Dünyanın ən nüfuzlu maliyyə-analitik qurumlarından olan “S&P Global”ın vitse-prezidenti Daniel Yergin təchizat kəsintisinin müddətinin bazar üçün əsas risk faktoru olduğunu bildirib.

Dünyanın ən böyük maliyyə institutlarından biri olan “JP Morgan”ın analitikləri isə boğazın bir neçə həftə bağlı qalacağı təqdirdə neftin bir barelinin 100 dolları keçə biləcəyini proqnozlaşdırır.

Hazırda OPEC+ ölkələrinin planlaşdırılan hasilat artımı bazara müəyyən sabitləşdirici təsir göstərə bilər. Lakin ekspertlər hesab edir ki, əsas məsələ istehsal deyil, ixrac marşrutlarının təhlükəsizliyidir.

Qlobal bazarlardakı bu dalğalanma bir çox ölkədə inflyasiya risklərini yenidən gündəmə gətirib və enerji bazarlarında qeyri-müəyyənliyi artırıb.

İlhamə Qasımlı


Telegram kanalımız
Избранный
25
yenisabah.az

1Источники