RU

Bakıda qadını daşla qətlə yetirən şəxs 17 il azadlıqdan məhrum edilib

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıda qadını daşla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseyovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İgid Rəcəbzadə 17 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2024-cü ilin dekabrın 17-də Sabunçu rayonunda baş verib. Təqsirləndirilən İgid Rəcəbzadə ilə qeyri-rəsmi nikah münasibətində yaşadığı Elnarə İbrahimova arasında şəxsi münasibətlər zəminində mübahsə baş verib. Mübahisə nəticəsində İgid Rəcəbzadə Elnarənin baş nahiyəsinə daş parçası ilə xəsarət yetirilərək onu qətlə yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
7
cebheinfo.az

8Источники