RU

Hazırda müxtəlif sahələrdə ən reytinqli xanımlar kimlərdir? – SİYAHI

Azərbaycanda müxtəlif sahələrdə fəaliyyəti ilə seçilən və ictimai nüfuzu ilə diqqət çəkən xanımların adları müəyyənləşib. Siyasi, mədəni, hüquqi və ictimai platformalarda aktivliyi ilə seçilən bu qadınlar hazırda öz sahələrində ən çox müzakirə olunan simalar hesab olunurlar.

NOCOMMENT.az  hazırladığı siyahını təqdim edir:

Aparıcı: Vüsalə Əlizadə – Televiziya məkanında uzun illərdir fəaliyyəti ilə seçilir və geniş tamaşaçı auditoriyasına malikdir.

Müğənni: Aygün Kazımova – Azərbaycan estradasının primadonnası kimi tanınır və səhnə fəaliyyəti ilə daim gündəmdə qalır.

Deputat: Sahibə Qafarova – Milli Məclisin sədri kimi ölkənin siyasi həyatında mühüm rol oynayır.

Vəkil: Esmira Rzayeva – Hüquq sahəsində fəaliyyəti və ictimai çıxışları ilə tanınır.

Yazıçı: Afaq Maqsud – Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biridir.

Rektor: Gülçöhrə Məmmədova – Ali təhsil sahəsində uzunmüddətli idarəçilik təcrübəsi ilə seçilir.

Müxalifət nümayəndəsi: Tamilla Qulami – İctimai-siyasi fəallığı ilə diqqət çəkən simalardandır.

Müşavir: Jalə Əhmədova – Dövlət idarəçiliyi sahəsində fəaliyyəti ilə tanınır.

Diplomat: Leyla Abdullayeva – Xarici siyasət platformasında ölkəni təmsil edən tanınmış diplomatlardandır.

General: Sevda Şirinova – Hüquq-mühafizə orqanlarında yüksək rütbəli qadın zabitlərdən biri kimi tanınır.

Ombudsman: Səbinə Əliyeva – İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərir.

Komitə sədri: Bahar Muradova – Ailə, qadın və uşaq məsələləri istiqamətində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayır.

Dövlət qurumu rəhbəri: Məleykə Abbaszadə – Dövlət İmtahan Mərkəzinin rəhbəri kimi təhsil və qiymətləndirmə sahəsində aparıcı fiqurdur.

PA-nın şöbə müdiri: Fərəh Əliyeva – Humanitar siyasət və mədəniyyət istiqamətində həyata keçirilən layihələrin koordinasiyasında mühüm rol oynayır.

Qeyd edək ki, siyahı ictimai nüfuz, media aktivliyi və cəmiyyət tərəfindən tanınma səviyyəsi nəzərə alınaraq hazırlanıb.

No comment olaraq, müxtəlif sahələrdə uğur qazanan xanımların fəaliyyətini diqqətdə saxlamağa davam edəcəyik.

Nərmin
NOCOMMENT.az

Избранный
96
nocomment.az

1Источники