RU

İranda tezliklə Ali rəhbər seçiləcəyi açıqlandı

“İranda tezliklə Ali rəhbər seçiləcək”.

Missiya.Az xəbər verir ki, bu barədə İranın Ekspertlər Şurasının (Şura-ye Xobreqan) üzvü Ayətullah Əli Moəllemi məlumat verib.

O bildirib ki, ölkənin yeni ali liderinin seçilməsi prosesi uzun çəkməyəcək.

Moəllemi qeyd edib ki, Ekspertlər Şurasının üzvləri seçim zamanı şəxsi üstünlükləri nəzərə almayacaq və qərarlarını yalnız dini normalara əsaslanaraq verəcəklər.

Ekspertlər Şurasının üzvü həmçinin əlavə edib ki, narahat olmağa ehtiyac yoxdur, çünki seçki prosesi sürətli olacaq və keçmişdə olduğu kimi, inqilabın həlak olan lideri roluna uyğun bir şəxsiyyət ali rəhbər postuna gətiriləcək.

Daşqın HəsənovMissiya.Az

Избранный
5
missiya.az

1Источники