RU

Quba Xınalıq yolunda sürüşmə Qaya parçaları töküldü (FOTO)

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Quba-Xınalıq yolunda sürüşmə baş verib.

"Unikal" Azərtac-a istinadən xəbər verir ki, yolun 54-cü kilometrliyində, Qaragüney adlanan ərazidə baş verən sürüşmə nəticəsində dağlardan qopan qaya parçaları yolun hərəkət hissəsinə tökülüb. Bu səbəbdən Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Yolun təmizlənməsi üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə qaya parçaları yolun hərəkət hissəsindən təmizlənib və Quba-Xınalıq yolu avtomobillərin hərəkəti üçün açılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
8
unikal.az

10Источники