RU

Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə müraciət edib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 mart, AZƏRTAC

Ötən gün gecə saat 2 radələrində paytaxtın Şərifzadə küçəsində Elnur Ağayevin idarə etdiyi “BYD” markalı avtomobillə velosipedçi vurulub. Nəticədə 51 yaşlı velosipedçi Natiq Vahabov hadisə yerində həyatını itirib.

Təhlükəsizlik kameraları vasitəsilə qeydə alınan görüntüdə velosipedçinin çoxzolaqlı yolu nəzərdə tutulmayan yerdən və işıqforun qadağanedici siqnalında qarşı tərəfə keçmək istəməsi, yolayrıcına daxil olan avtomobilin isə kifayət qədər sürətli hərəkət etməsi aydın müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir. Məlumatda qeyd edilir ki, hadisəyə müvafiq araşdırmadan sonra hüquqi qiymət veriləcək. Lakin təəssüf doğuran hal odur ki, yollarımızda oxşar mənzərəyə tez-tez rast gəlmək mümkündür. Halbuki iki və daha çox zolağı olan yolda sola dönmək və ya yolu keçmək istəyən velosipedçi dayanaraq yerə düşməlidir. Sonra o, velosipedi əli ilə hərəkətə gətirərək yolu qanunla nəzərdə tutulmuş yerdən qarşı tərəfə keçməlidir.

“Bir daha velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitəsi idarə edən hər bir sürücünü təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırırıq”,- deyə məlumatda bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
9
azertag.az

10Источники