RU

Şagirdlər əməyin mühafizəsi və təhlükəsizlik qaydaları barədə məlumatlandırlıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhəri 145 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən AZƏRTAC-a bildiriblər ki, 30 şagirdin iştirak etdiyi tədbirdə iştirakçılara əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları, eləcə də əmək fəaliyyəti zamanı hüquq və vəzifələr barədə ətraflı məlumat verilib.

Həmçinin yeni qəbul olunmuş standartlar və “Vision Zero” (“Sıfır gözlənti”) yanaşmasına əsaslanan təhlükəsiz əmək mədəniyyətinin təşviqi məsələləri iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin yekununda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
azertag.az

1Источники