RU

Bu şəxslərə əlavə 8 günlük məzuniyyət verilə bilər

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“İşçilərin əmək və istirahət hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 116-cı maddəsinə dəyişiklik edilməsi təklif olunur”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Ombudsman Səbinə Əliyeva deyib.

“Dəyişikliyə əsasən, əmək stajı 15 ildən 20 ilədək olan işçilərə 6 təqvim günü əlavə məzuniyyət, əmək stajı 20 ildən çox olan işçilərə isə 8 təqvim günü əlavə məzuniyyət verilməsi barədə müddəalar maddəyə əlavə edilməlidir”, – deyə o bildirib.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
89
globalinfo.az

1Источники