RU

Silahların və strateji materialların ixracına nəzarət səlahiyyəti Nazirlər Kabinetindən alınacaq

ain.az bildirir, Oxu.az portalına istinadən.

Silahların və strateji materialların ixracı üzərində nəzarət səlahiyyəti Nazirlər Kabinetindən (NK) alınacaq.

Oxu.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, NK silahların və strateji materialların ixracı üzərində nəzarəti həyata keçirir. Qanun layihəsində bu səlahiyyətin ondan alınması təklif olunub.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
60
oxu.az

1Источники