RU

Ərdoğan ilə Rutte nə danışıb?

Prezidenti Rəcəb Tayyib Ərdoğan  və NATO baş katibi Rutte arasında telefon danışığı baş tutub.

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan və NATO-nun Baş katibi Mark Rutte arasında telefon danışığı zamanı ABŞ və İsrailin İrana hücumları, bu münaqişədən sonrakı regional, beynəlxalq proseslər müzakirə olunub. 

Telefon söhbətində Ankarada NATO-nun növbəti sammitinin keçiriləcəyi bir ərəfədə Yaxın Şərqdə mövcud vəziyyət və NATO-nun gündəliyində olan məsələlər əsas müzakirə predmenti olub. 

Ərdoğan Rutteyə bildirib ki, Türkiyə bölgədə münaqişəni diqqətlə izləyir və bölgədə sülhə nail olmaq üçün diplomatik yollara baş vurmanın zəruriliyini vurğulayıb. 

Söhbət zamanı hər iki lider təşkilati məsələlərə, xüsusilə də iyul ayında Ankarada baş tutacaq NATO Liderləri Zirvə görüşənə hazırlıqlar ilə bağlı məsələyə də toxunub. 

Türkiyə Prezidenti Ankaranın alyansın növbəti sammitini uğurla həyata keçirəcəyini bildirib. Rutte isə öz növbəsində NATO-nun kollektiv müdafiəyə sadiqliyini vurğulayıb və müttəfiqlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsinə töfhə verməyə davam edəcəyini qeyd edib. 

Избранный
72
cebheinfo.az

1Источники