RU

Qəbiristanlığa qızıl tabutda gətirildi - FOTO

Meksika narkotik kartelinin lideri "El Menço" ləqəbli Ruben Oseqera Servantesin meyiti qızıl tabutda qəbiristanlığa gətirilib.

Milli.Az xəbər verir ki, bu barədə " El Universal" qəzeti məlumat yayıb .

Agentliyin məlumatına görə, dəfn mərasimi 2 mart Xalisko ştatının paytaxtı Qvadalaxaradakı dəfn evindən yola düşüb. Qəbiristanlığa çatdıqdan sonra cənazə arabasını orkestr müşayiət edib. Dəfn mərasimi qapalı şəkildə keçirilib.

Nəşr vurğulayır ki, cənazənin daşınması və dəfn mərasimi genişmiqyaslı təhlükəsizlik əməliyyatı ilə müşayiət olunub. 

Qeyd edək ki, fevralın 22-də Meksikanın Milli Müdafiə Nazirliyi Halisko Yeni Nəsil narkotik kartelinin lideri El Menço kimi tanınan Ruben Oseguera Servantesin məhv edildiyini elan edilib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
5
milli.az

1Источники