RU

Şimali Makedoniya Azərbaycandan qaz tədarükü hesabına elektrik enerjisi istehsalını balanslaşdırmağı hədəfləyir - Nazir (ÖZƏL)

Bakı. Trend:

Uzunmüddətli strategiyamız çərçivəsində Azərbaycandan qaztədarükünü təmin etməyi planlaşdırırıq. Məqsəd bu qazdankoordinasiya planlarımızda istifadə etməkdir.

Bunu Şimali Makedoniya Respublikasının energetika, mədənçilik vəmineral ehtiyatlar naziri Goran Nikolovski bu gün Bakıda keçirilənCənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası vəYaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsindəTrend-əaçıqlamasında deyib.

Onun sözlərinə görə, bu, baza və pik yüklərin qarşılanmasına,eləcə də bərpa olunan enerji mənbələrinin çevikliyinin təminedilməsinə imkan verəcək:

"Ölkəmizdə təxminən 2 giqavat həcmində bərpa olunan enerji gücümövcuddur. Azərbaycandan qaz tədarükü hesabına elektrik enerjisiistehsalını balanslaşdırmağı hədəfləyirik. Xüsusilə gecəsaatlarında və istehsalın aşağı olduğu dövrlərdə bu balanslaşdırmavacibdir.

Bu sahədə əməkdaşlığın genişləndirilməsinə gəldikdə isə,indiyədək müəyyən irəliləyişlər əldə olunub. Azərbaycanınmüvafiqqurumları ilə birgə işçi qrupları yaradılıb və bu mexanizmvasitəsilə iki nazirlik arasında əməkdaşlığın daha da artırılmasınəzərdə tutulur".

Nazir yeni sənədlərin imzalanması məsələsinə gəlincə vurğulayıbki, 2024-cü ilin dekabr ayında iki ölkə arasında müvafiq memorandumimzalanıb:

"Qarşıdakı dövrdə ölkəmizdə qaz layihələri yekunlaşdıqdan sonrayeni memorandumun imzalanması planlaşdırılır. Həmin sənəd əsasındaisə daha geniş əməkdaşlıq sazişinin bağlanması nəzərdətutulur".

"Bu konfransla bağlı gözləntilərimiz böyükdür. Nazirlərsəviyyəsində keçirilən bu görüşdə yeni üzvlərin qoşulacağınıgözləyirik. Hesab edirəm ki, xüsusilə Avropanın cənub-şərqhissəsində kifayət qədər təbii qaz ehtiyatları mövcuddur. Bubaxımdan, təşəbbüsü Avropaya tədarük olunan qaz mənbələrininşaxələndirilməsi üçün real imkan kimi görürük. Eyni zamanda, buproses Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfəverə bilər", - nazir əlavə edib.

Избранный
5
az.trend.az

1Источники