RU

Şahdağdakı Avropa çempionatında iştirak edəcək ölkələr bəlli olub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 mart, Cavid Əliyev, AZƏRTAC

Azərbaycanda keçiriləcək xizək alpinizmi üzrə Avropa çempionatında iştirak edəcək ölkələr bəlli olub.

Azərbaycan Qış İdman Növləri Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışda 18 ölkə mübarizə aparacaq.

Bunlar Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra, İsveç, AİN-dir (Neytral Statuslu İdmançılar).

Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzində təşkil olunacaq yarış martın 4-dən 8-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
5
azertag.az

6Источники