RU

İranın yeni rəhbəri kim olacaq?

“İranın dini lideri Ayətullah Xamnei öldürüldükdən sonra onun yerinə müvəqqəti olaraq Ayətullah Əli Rza Ərafi keçirilib. Yeni dini lider seçilənə qədər ölkəyə rəhbərlik edəcək. Onun da öldürüldüyü bəzi səhifələrdə qeyd edilsə də, hazırda İran mediası və rəsmi qurumlar Ayətullah Ərafinin öldürülməsi ilə bağlı hər hansı açıqlama yaymayıb”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında siyasi ekspert Abutalib Səmədov bildirib.

 

Onun sözlərinə görə, İran dövlət KİV-i onu da yayıb ki, yeni ali rəhbər seçilənə qədər İrana 3 nəfərdən ibarət Şura rəhbərlik edəcək: “Bu Şuranın tərkibinə Əli Rza Ərafidən başqa ölkənin prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri də daxil olacaq. Ekspertlər Şurası ölkənin ali dini rəhbərini yaxın zamanda seçməlidirlər və çox güman ki həmin vəzifəyə Əli Rza Arafi də seçiləcək. Donald Tramp ölkənin idarəolunma mexanizmini dəyişmək, rejimini yox etmək istəyir. Bunu açıq şəkildə bəyanatlarında da səsləndirib. Həmçinin 3 namizədin olduğunu söyləyir və ölkəni bu vəziyyətdən çıxaracaq yeni konstitusiyanın qəbul olunmasına və yeni sistemə idarəçilik formasına keçirilməsinə şərait yaradacaq 3 liderin olduğunu deyir. Onlar həqiqətən İranda hakimiyyətə gələ bilərmi? Hadisələr göstərir ki, bu o qədər də asan deyil. Xameneinin ölməsindən sonra ölkədə matəm elan olunması və yüz minlərlə insanın onun ölümünə münasibətdə səmimi kədərlərini ifadə etməkləri göstərir ki, İran cəmiyyətinin böyük hissəsi mövcud hakimiyyət ətrafında birləşəcək. Hələlik görüntü budur. Bundan sonra nələr baş verəcək, xalqın istəyini təmin edə biləcək, yeni İran quracaq siyasətçi ortaya çıxa biləcəkmi? Çıxarsa, təbii ki, Trampın dəstəyi ilə onun hakimiyyətə gəlməsi mümkündür. Hələ ki belə lider görünmür. Bu da aydındır ki, sonuncu şahın nəvəsi bu yükü götürmək iqtidarında deyil”.

 

Şəhanə Quliyeva

Tarix: 3 Mart 2026, 13:49   
Избранный
38
pravda.az

1Источники