RU

Pərviz Şahbazov: Ötən il Azərbaycan 25,2 milyard kubmetr qaz ixrac edib

BAKI, 3 mart. TELEQRAF

Ötən il Azərbaycanın 25,2 milyard kubmetr qaz ixracının strukturunda Avropanın payı təxminən 51 faiz, Türkiyə, Gürcüstan və Suriyanın ümumilikdə payının isə 49 faiz təşkil edib.

Teleqraf xəbəbr verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avropa üçün etibarlı təchizatçıdır və tələbat yüksək olaraq qalır:

"Lakin genişlənmə üçün tələbat tərəfdən institusional və maliyyə dəstəyi hələ də kifayət deyil. Hazırda dörd upstream layihəsinin 2026-2029-cu illərdə istismara verilməsi üzərində işləyirik. Bu il “Azəri-Çıraq-Günəşli”də sərbəst qazın işlənməsi layihəsi çərçivəsində ilk qazın hasilatını gözləyirik. Həmçinin quruda və dənizdə daha dörd kəşfiyyat layihəsi həyata keçirilir. Bütün bunlar, eləcə də BƏƏ-nin ADNOC (XRG) şirkətinin Cənub Qaz Dəhlizində səhmdara çevrilməsi kimi müsbət irəliləyişlərə baxmayaraq, Avropaya tədarük artımının əhəmiyyətli şəkildə təmin edilməsi üçün konkret maliyyə mexanizmləri ilə dəstəklənən aydın və uzunmüddətli siyasət çərçivəsi tələb olunur”, - deyə nazir əlavə edib.

Nazir daxili istehlak, ixrac və data mərkəzlərinin enerji təminatı məqsədilə ümumilikdə 8 QVt həcmində bərpa olunan enerji güclərinin və “Xəzər-Qara dəniz-Avropa”, Naxçıvandan birbaşa və Ermənistan üzərindən keçməklə “Azərbaycan-Türkiyə-Avropa”, “Transxəzər” və “Şərq-Qərb” yaşıl enerji dəhlizləri və interkonnektor layihələrinin yaradılması ilə bağlı hazırkı vəziyyəti də diqqətə çatdırıb. Bu regionlararası enerji bağlantıları və elektrik enerjisi vasitəsilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha gücləndirəcəyi vurğulanıb.

Избранный
26
1
teleqraf.com

2Источники