RU

Ronaldu Səudiyyəni tərk etdi: İranın hücumları ulduzu qaçırdı

Səudiyyənin “Əl-Nəsr” futbol klubunda çıxış edən Kriştianu Ronaldu ölkədəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar gözlənilməz qərar verib.

İdman.Biz xəbər verir ki, ulduz futbolçu İran tərəfindən həyata keçirilən atəşlər və artan gərginlik fonunda krallığı tərk etmək məcburiyyətində qalıb.

Flightradar24 xidməti ulduz futbolçuya məxsus şəxsi təyyarənin hərəkətini qeydə alıb. Məlumata görə, portuqaliyalının təyyarəsi Səudiyyə Ərəbistanından havaya qalxaraq İspaniyanın paytaxtı Madridə istiqamət alıb və orada eniş edib.

Hazırda futbolçunun “Əl-Nəsr” klubundakı gələcəyi və bu gedişin müvəqqəti, yoxsa birdəfəlik olduğu barədə rəsmi açıqlama verilməyib. Lakin regiondakı hərbi gərginliyin Ronaldunun bu addımı atmasında həlledici rol oynadığı bildirilir.

İdman.Biz
Избранный
2
1
idman.biz

2Источники