RU

İsrail 160 tələbəni niyə öldürdü? Xəritə

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

İranda qızlar məktəbinin vurulması ilə bağlı yayılan məlumat ciddi müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, ABŞ və İsrail İrana endirdiyi zərbələrin “nöqtə atışlı” olduğunu iddia edir. Bu halda necə ola bilər ki, qızlar məktəbi vurulur və 160-dan çox yeniyetmə ölür.

Bu baxımdan qızların təhsil aldığı kollecin yerləşdiyi məkan diqqəti çəkir. Minab rayonunun Şəcəreyi-Təyyibə ərazisində “Aşura 21-ci diviziya” adlanan ərazidə SEPAH bazaları, idman kompleksləri və təhsil müəssisələri mövcuddur. Xəritədən də görünür ki, təhsil müəssisəsi SEPAH hərbi qərargahına bitişikdir. Məlumata görə, bu kollecdə yalnız SEPAH zabitlərinin övladları təhsil ala bilər və elit təhsil müəssisəsi sayılır.

Ehtimal olunur ki, təhsil müəssisəsi bu səbəbdən hədəfə çevrilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
1
axar.az

2Источники