RU

Od çərşənbəsi - İtirilən ənənələr

Bakı. Trend:

Novruz çərşənbələri xalqımızın qədim dünyagörüşünü, mifolojitəfəkkürünü və mənəvi yaddaşını yaşadan ən mühüm mərasimqatlarından biridir. Bu çərşənbələr içində isə Od çərşənbəsi xüsusiyer tutur. Od yalnız fiziki istilik və işıq mənbəyi deyil,minilliklər boyu formalaşmış inanc sistemində müqəddəslik,təmizlənmə, qorunma və yenilənmə rəmzi kimi qəbul edilib. Qədimtürk düşüncəsindən süzülüb gələn bu kult bu gün də xalqınadət-ənənələrində, mərasimlərində və gündəlik həyatındayaşamaqdadır.

Od kultu: müqəddəslik və mifoloji təməl

Mövzu ilə bağlı Trend-ə açıqlamasında filologiya üzrə fəlsəfə doktoru,dosent, folklorşünas İlhamə Qəsəbova bildirib ki, inanc sistemindəod kultu mühüm yer tutur.

Onun sözlərinə görə, mifoloji dünya görüşündə od müqəddəslik,təmizlik və qoruyucu güc rəmzi kimi qəbul olunur:

"Qədim türk inanclarında od həyatın, işığın və yenilənməninsimvoludur. Novruz mərasimlərində tonqal qalamaq və odun üzərindəntullanmaq məhz bu qədim inancların davamı kimi formalaşıb".

Mənəvi və fiziki təmizlənmə inancı

Folklorsünas qeyd edib ki, Od çərşənbəsində odun insanı mənəvicəhətdən təmizlədiyinə inanılır və bu inanc yalnız çərşənbə iləməhdudlaşmır:

"Ümumilikdə od fiziki və ruhi təmizlənmə vasitəsi sayılır.İnanclara görə, insanın ağrıları, pislikləri və günahları odvasitəsilə yanıb yox olur, insan mənəvi sağlamlığa qovuşur.

Novruz mərasimlərində tonqal ətrafında toplaşmaq birlik,həmrəylik və yeni başlanğıcın simvoludur. İnsanlar tonqal qalayır,odun üzərindən tullanaraq ilin uğurlu və bərəkətli keçməsiniarzulayırlar. Bu ənənə qədim mifoloji düşüncənin bu günə qədəryaşayan nümunəsidir".

Od-ocaq anlayışı və ailə müqəddəsliyi

İlhamə Qəsəbova od kultunun qədim türklərin inanclarındaəhəmiyyətinə də diqqət çəkib:

"Qədim türklərdə od kultu oda tapınmaq və onu müqəddəs varlıqkimi qəbul etməklə ifadə olunurdu. Od-ocaq ailəni qoruyan müqəddəsdəyər sayılırdı. Ocağın sönməsi ailənin bədbəxtliyi kimi yozulurdu.Buna görə də xalq arasında “Ocağın sönməsin” duası formalaşıb.

Od-ocaq anlayışı ailənin və soyun davamlılığını ifadə edir. Aşıqpoeziyasında isə od-ocaq ilahi eşq və ilhamın rəmzi kimi təsvirolunur".

Gündəlik həyatda yaşayan inanclar

O qeyd edib ki, od kultu bu gün də Azərbaycan xalqınınmərasimlərində, folklorunda və gündəlik həyatında yaşamaqdadır:

"Od qalayarkən üzərinə su töküb söndürməmək, ocağın külünüayaqlamamaq kimi inanclar buna nümunədir. Novruz çərşənbələrində,xüsusilə kənd yerlərində qonşu sac asmaq üçün kül istədikdə onuverməzlər. İnanca görə, külün verilməsi evin bərəkətinin azalmasınasəbəb olar".

Köçərilik ənənəsi və “kül salmaq” ifadəsi

"Qədim türklər köç edərkən ocağın külünü də özləri ilə aparar,yeni məskəndə həmin küldən ocaq qalayardılar. Bu, həyatın və ocağındavamlılığını simvolizə edirdi. Xalq arasında işlənən “getdi külsaldı, gəlmədi” ifadəsi də buradan qaynaqlanır. “Kül salmaq” biryerdə məskunlaşmaq, kök salmaq və yaşamaq mənasını verir".

Od və ruhlar inancı

"Tarix boyu oda inanmaq, Novruz bayramında qapı önündə odqalamaq mənfi enerjidən təmizlənmə anlamı daşıyıb. İnanca görə,həmin gün evlərin işıqları yandırılmalıdır ki, köçmüş doğmalarınruhu evə qayıda bilsin.

Od çərşənbəsində od qalamaq xeyirin şər, işığın qaranlıqüzərində qələbəsi kimi yozulur. Qarabağ bölgəsində bu günmünasibətilə “lopa”lar hazırlanardı.

Çomağa bənzər ağacın başına lazımsız parçalar dolanır, məftilləbağlanır və neftə batırılırdı. Evdəki hər uşağın adına bir lopadüzəldilər, sonra uşaqlar onu alovlandıraraq havaya atardılar. Bumərasim simvolik təmizlənmə və qorunma xarakteri daşıyırdı".

Süfrə mədəniyyəti və mərasim oyunları

Folklorsünasın sözlərinə görə, od çərşənbəsi həm də süfrəmədəniyyəti ilə müşayiət olunub:

"Rayonlarda sac asılar, çörək bişirilərdi. Qərb bölgəsindəəriştə kəsilər, həmin günün aşı mütləq əriştə ilə bişirilərdi.Yaxın keçmişdə Qarabağda kəndin başında zurna çalınar, kəndirbazlarçıxış edər, müxtəlif oyunlar və at yarışları təşkil olunardı.Təəssüf ki, müasir dövrdə bu ənənələrin bir qismi qorunubsaxlanılmayıb".

Od çərşənbəniz mübarək!

Избранный
16
1
az.trend.az

2Источники