RU

Bolqarıstan Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiqdir - nazir

Bakı. Trend:

Bolqarıstan Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlığın bundansonra daha da möhkəmləndirilməsinə sadiqdir.

Trend xəbər verirki, bunu Bolqarıstanın energetika naziri Trayço Traykov BakıdaCənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci vəYaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cüiclaslarında çıxışında deyib.

Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektorunun (İGB) istismarınaverilməsi ilə Bolqarıstan faktiki olaraq Cənub Qaz Dəhlizininstrateji infrastrukturunun ayrılmaz hissəsinə çevrilib. Bu dəhlizAvropa ölkələri üçün enerji təhlükəsizliyinin gücləndirilməsi,eləcə də mənbələrin və marşrutların şaxələndirilməsi baxımındanmühüm rolunu artıq sübut edib. Bolqarıstan qaz infrastrukturununinkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu xüsusda,Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlığın daha dagücləndirilməsinə sadiqliyimizi bir daha təsdiqləyirik”,-deyə obildirib.

Traykovun sözlərinə əsasən, enerji sektorunda mövcud çağırışlarCənub Qaz Dəhlizi çərçivəsində formalaşmış etibarlı tərəfdaşlıqlarkimi möhkəm əməkdaşlıq mexanizmlərini tələb edir və bu əməkdaşlıqartıq “Yaşıl Enerji Dəhlizləri" və zonaları təşəbbüslərinə də şamilolunmaqdadır.

“Bolqarıstan “Yaşıl Enerji Dəhlizi" layihəsini ilk vaxtdandəstəkləyən ölkədir”,-deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edənCənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz”yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz BoruKəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri(TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olanTransadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib.Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetrhəcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cıildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyəimkan verəcək.

Qeyd edək ki, IGB Yunanıstanın milli qaz nəqliyyat sistemi(DESFA S.A.) və Trans-Adriatik qaz kəməri (TAP AG) ilə Komotini(Yunanıstan) bölgəsində, həmçinin, Bolqarıstanın qaz nəqliyyatsistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsindəbirləşdirilib.

Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32düymdür. Layihə gücü ildə 3 milyard kubmetr qazınYunanıstan-Bolqarıstan istiqamətində nəqlini nəzərdə tutur, bazarmarağı və qonşu qaz nəqliyyat sistemlərinin imkanlarından asılıolaraq bu həcm illik 5 milyard kub metrə qədər artırıla bilər.

Məqalədə:
Избранный
12
az.trend.az

1Источники