RU

İranda vurulan məktəbdə 12 nəfərin cəsədi hələ də tapılmayıb

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Minabdakı Şəcərə Təyyibə məktəbinin işçiləri arasında 12 nəfərin cəsədi hələ də itkin düşmüş hesab olunur.

"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. 

İtkin düşənlərin məktəbin mədəniyyət işçiləri olduğu açıqlanıb. 

Qeyd edək ki, ABŞ və İsrail qüvvələri İranın Minab şəhərindəki Şəcərə Təyyibə Qızlar və Oğlanlar Məktəbinə hava hücumu həyata keçirib və nəticədə 165 şagird və müəllim həlak olub.

Məktəbdə 35 müəllim və işçi çalışırdı. Onlardan 14-ü ölüb, 8-i sağ, 12-si isə hələ də itkin düşüb.

Ağarza Elçinoğlu 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
2
unikal.az

3Источники