RU

İran şərə qarşı duran yeganə qüvvə olaraq qalır Bəqai

ain.az, Redaktor.az saytına istinadən bildirir.

İran ABŞ və İsraili sərt tənqid edib.

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai Tehranda keçirilən mətbuat brifinqində bildirib.

Bəqai ABŞ və İsrail rejimini ittiham edərək, Ayətullah Seyid Əli Xameneinin öldürülməsindən sonra İranın “şərə qarşı duran yeganə qüvvə” olduğunu deyib. O bildirib ki, “liderimiz İranı qorumaq üçün özünü qurban verdi”.

Nazirlik sözçüsü əlavə edib ki, İran hazırda ağır təcavüzlə üz-üzədir və baş verənlər “xeyirlə şər” arasında toqquşmadır. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin əvvəlki hadisələrə reaksiyasız qalması mövcud vəziyyətə gətirib çıxarıb.

Bəqai mülki şəxslər, o cümlədən uşaqlar arasında itkilərə toxunaraq, İranın mövqeyində qətiyyətli olduğunu vurğulayıb. O, mülki əhaliyə və milli infrastruktura edilən hücumları soyqırıma bərabər adlandırıb.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
redaktor.az

2Источники