RU

Azərbaycanda yeni qanun qəbul edildi: Küçədə siqaret çəkənlər cərimələnəcək

Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər son oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

Ekologiya.az-ın məlumatına görə, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.

Qəbul olunan layihəyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.

"Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Bu qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minir.

Избранный
61
26
ekologiya.az

10Источники