RU

MÜHARİBƏ NƏ QƏDƏR UZANACAQ? Və ya Tehranın cavab gücü nə qədərdir?

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə hücumdan sonra regionda gərginlik pik həddə çatıb. İran rəhbərliyinin yüksək səviyyəli nümayəndələrinin, o cümlədən ölkənin ali dini lideri Əli Xamenei’nin öldürülməsi Tehranın dərhal və sərt cavab addımları atmasına səbəb olub.

"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyənin "Sabah! qəzetində gedən məqalədə məlumast verilib. 

İran rəsmiləri cavab zərbələrinin gecikdirilməsinin zəiflik kimi qiymətləndirilə biləcəyini bildirərək, misillemenin “ölkənin hüququ və vəzifəsi” olduğunu vurğulayıblar.

Müharibə uzanacaqmı?

Tehran rəhbərliyi İsrail və ABŞ-a məxsus hərbi obyektlərin, eləcə də Körfəz ölkələrində yerləşən bəzi bazaların hədəfə alındığını açıqlayıb. Bu isə region paytaxtlarında və qlobal bazarlarda əsas sualı gündəmə gətirib: Qarşılıqlı zərbələr lokal dövrədə qalacaq, yoxsa uzunmüddətli müharibəyə çevriləcək?

Beynəlxalq media, o cümlədən Əl-Cəzirə qeyd edir ki, proseslərin istiqaməti əsasən İranın raket potensialından və onun davamlılıq imkanlarından asılı olacaq.

İranın əsas gücü: Balistik raketlər

Hərbi analitiklər hesab edirlər ki, İran Yaxın Şərqdə ən geniş və müxtəlif raket proqramlarından birinə malikdir. Bu arsenal balistik və qanadlı raketləri əhatə edir və müasir hava qüvvələrinin məhdud imkanlarını kompensasiya edir.

İranın ən uzun mənzilli raketləri təxminən 2000–2500 kilometr məsafəni əhatə edə bilir. Bu isə İsrail ərazisini, Körfəz regionundakı ABŞ bazalarını və digər strateji hədəfləri vurmaq imkanı yaradır.

Qısa mənzilli raketlərlə sürətli zərbələr

150–800 km mənzilə malik qısa mənzilli raketlər yaxın hədəflər üçün nəzərdə tutulub və kütləvi buraxılış imkanına malikdir. Bu tip raketlər radar sistemlərində daha az görünə və müdafiəni çətinləşdirə bilir.

2020-ci ildə İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-ın İraqdakı hərbi bazasına edilən hücumda bu taktika tətbiq olunmuşdu. Həmin hadisə göstərdi ki, İran birbaşa genişmiqyaslı hava müharibəsinə girmədən də ciddi zərbə vurmaq imkanına malikdir.

Orta mənzilli sistemlər: Regional təsir dairəsi

1500–2000 km mənzilli raketlər İranın cavab zərbələrini regional miqyasda genişləndirir. Bu sistemlər İsrail ərazisini və Körfəz ölkələrində yerləşən ABŞ hərbi obyektlərini əhatə dairəsinə salır.

Xüsusilə bərk yanacaqlı sistemlər daha sürətli buraxılış imkanı ilə seçilir ki, bu da operativ cavab qabiliyyətini artırır.

Qanadlı raketlər və PUA-lar

İranın aşağı hündürlükdə uçan qanadlı raketləri hava hücumundan müdafiə sistemlərini aşmaq üçün nəzərdə tutulub. Bundan əlavə, pilotsuz uçuş aparatları (PUA) daha ucuz və kütləvi istifadəyə yararlı vasitə kimi ön plana çıxır.

Analitiklər hesab edir ki, münaqişə dərinləşərsə, PUA-lardan daha geniş miqyasda istifadə oluna bilər.

Yeraltı raket infrastrukturu

Tehran raket proqramının mühüm hissəsini yeraltı tunellərdə və qorunan bazalarda yerləşdirib. Bu isə ilk hücum dalğasından sonra belə cavab imkanlarının saxlanmasına şərait yaradır və uzunmüddətli qarşıdurma ehtimalında üstünlük verir.

Hörmüz boğazı: Qlobal təsir rıçağı

İranın strateji təsir imkanları yalnız quru hədəflərlə məhdudlaşmır. Hörmüz boğazı dünya neft və qaz ticarətinin mühüm hissəsinin keçdiyi ərazidir.

Rəsmi blokada elan edilməsə belə, bölgədə hərbi gərginliyin artması qlobal enerji bazarlarında kəskin dalğalanmalara səbəb ola bilər.

Müharibənin taleyini nə dəyişə bilər?

Vaşinqtonun Körfəzdə hərbi mövcudluğunu artırması həm müdafiə, həm də hücum imkanlarını gücləndirir. Lakin bu eyni zamanda potensial hədəflərin sayını da artırır.

Hərbi ekspertlərin fikrincə, bir neçə dəqiq və strateji baxımdan həssas zərbə belə siyasi və hərbi balansı dəyişə bilər. Bununla belə, genişmiqyaslı müharibə bütün tərəflər üçün son dərəcə yüksək risk və iqtisadi itkilər deməkdir.

Hazırkı mərhələdə əsas sual budur: Qarşılıqlı zərbələr nəzarətli eskalasiya çərçivəsində qalacaq, yoxsa region yeni və uzunmüddətli müharibə mərhələsinə daxil olacaq?

Yaxın saatlar və günlər Yaxın Şərqin taleyi baxımından həlledici ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
hurriyyet.az

1Источники