RU

Türkoloji Araşdırmalar İnstitutunun müəllimi: Türk dünyasının birliyi elmi və siyasi əsaslara söykənir

Bakı, 3 mart, AZƏRTAC

Xəzər dənizini ilk dəfə görəndə yaşadığım hissin sevinc, həyəcan və ya başqa bir hiss olduğunu anlamadım, amma köklərimi hiss etdim və “Bir millət, iki dövlət” sözlərinin mənası mənim üçün daha da artdı.

AZƏRTAC xəbər verir ki, bunu AMEA-da keçirilmiş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın iştirakçısı İstanbul Universitetinin Türkoloji Araşdırmalar İnstitutunun müəllimi dosent Muhammed Emin Yıldızlı söyləyib.

Əsasən Türk dünyası diasporunun fəaliyyətləri, türk dili və dil siyasəti, həmçinin türk millətçiliyi ilə bağlı araşdırmalar aparan alim konfransda “Bakı Türkoloji Qurultayına etno-simvolist aspektdən bir baxış” mövzusunda məruzə ilə çıxış edib.

“Azərbaycan Milli Elmlər Akademiyası tanıdığımız bir qurumdur, amma ilk dəfədir ki, belə bir fəaliyyət ətrafında bir araya gəlirik. Həmkarların göstərdiyi maraq və xüsusi diqqət çox aydın görünür”, - deyə türk alim qeyd edib.

Muhammed Emin Yıldızlı ikitərəfli münasibətlərin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşərkən deyib ki, ölkələrimiz arasında əlaqələr xüsusilə İkinci Qarabağ müharibəsindən sonra xeyli inkişaf edib. Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər olduqca mühüm nailiyyətdir, bu uğur ictimaiyyətdə böyük rezonans doğurub. Yeni reallığı daha da möhkəmləndirmək üçün diaspor təşkilatları birgə fəaliyyət planları hazırlamalı, səylərini daha çox bu istiqamətə yönəltməlidirlər.

Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirlərində iştirakından məmnunluğunu dilə gətirən Muhammed Emin Yıldızlı həmin Qurultaya layiq bir proqram hazırladıqlarına görə Yunus Əmrə İnstitutu, AMEA, Xəzər Universiteti və digər təşkilatçılara minnətdarlığını bildirib: “Bu hadisənin ən böyük əhəmiyyəti türkoloqların Türk dünyasının gələcəyi ilə bağlı gözləntilərini və ümidlərini artırmasıdır. Bakıda gerçəkləşən bu proqram nümayiş etdirir ki, Türk dünyasının birliyi elmi və siyasi əsaslara söykənərək reallığa çevrilməkdədir”.

 

Избранный
28
1
azertag.az

2Источники