RU

Vnukovoda QORXULU ANLAR: Havaya qalxan təyyarənin mühərriki ALOVLANDI – VİDEO

Vnukovo hava limanından qalxan təyyarənin mühərriki yanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Moskvanın Vnukovo hava limanından havaya qalxan təyyarənin mühərrikində yanğın baş verib.

Moskva-Pattaya reysinin sərnişinləri hava gəmisindəki nasazlıq səbəbindən buna qədər iki sutka idi ki, uçuş gözləyirdilər.

Söhbət “AZUR Air” aviaşirkətinə məxsus ZF 2801 saylı reysdən gedir. Təyyarə fevralın 28-də yola düşməli olsa da, əvvəlcə uçuş ləğv edilib, sonra isə uçuş vaxtı daha yeddi dəfə dəyişdirilib.

Sərnişinlərin verdiyi məlumata görə, gecikməyə səbəb təyyarədəki texniki nasazlıq olub — mütəxəssislər lazımi ehtiyat hissəsini əldə etmək üçün digər təyyarənin gəlməsini gözləyiblər. Gözləmə müddətində sərnişinlər qida və su ilə təmin olunub, bir hissəsi isə otellərə yerləşdirilib.

Məlumata görə, bu texniki problemlər bir neçə gün əvvəl baş vermiş başqa bir hadisə ilə bağlı ola bilər. Belə ki, ötən cümə günü Fukukoadan Kazana uçan təyyarə mühərrikdəki qəribə səslərə görə geri qayıtmalı olmuşdu.

“AZUR Air” şirkəti təyyarənin uçuşa hazır olduğunu bildirsə də, dünən axşam havaya qalxan zaman mühərrik qəfildən alışıb.

Buna baxmayaraq, hava gəmisi Pattayaya qədər uça bilib və orada uğurlu eniş həyata keçirib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
8
1
interpress.az

2Источники