"Yuventus" kapitanı Manuel Lokatellini uzun illər komandada saxlamağı planlaşdırır.
Apasport.az xəbər verir ki, A Seriyası nəhəngi italiyalı yarımmüdafiəçinin müqaviləsinin müddətini uzadacaq.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Artıq Lokatelli ilə razılıq əldə olunub. 28 yaşlı futbolunun 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşməsi daha 2 il artırılacaq. Təcrübəli dayaq yarımmüdafiəçisinin illik maaşı 4 milyon avro təşkil edəcək.
Qeyd edək ki, "Yuventus" Manuel Lokatellini 2021-ci ilin yayında "Sassuolo"dan transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Real" "Xetafe"yə belə məğlub oldu - VİDEO
ABŞ millisinin üzvü qərarını verdi - “Yuventus”da qalacaq
“Fənər”in müdafiəçisi zədələnib - 1 ay oynamayacaq
“Dortmund”da ciddi itki - KAPİTAN mövsümü erkən başa vurdu
MLS-də Messi şousu – Cərimədən 70-ci qol - VİDEO