RU

Gədəbəydə fəxri diplom alan məmur: Özümə nifrət elədim VİDEO

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sosial şəbəkədə Gədəbəy rayonunda “Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanımın”, həmçinin “ölkə Prezidentinin adından” rayonun Kommunal Müəssisələri Kombinatının direktor əvəzinin “mükafatlandırılması” məsələsinə aydınlıq gətirilib.

Globalinfo.az-ın xəbərinə görə, Oxu.Az-a açıqlamasında sözügedən kombinatın baş mühəndisi və direktor əvəzi Ruslan Mustafayev bildirib ki, baş vermiş hadisə ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən tənbeh edilib:

“Məsələ ötən həftənin dördüncü günü olub. Mən iclas edirdim, birdən Fəqani Hüseynov əlində telefon çəkə-çəkə otağa girdi. O, rayonda qeyri-adekvat davranışları ilə tanınan bir adamdır.

Düzünü desəm, elə vəziyyət yarandı ki, mən həmin an başqa addım da ata bilmədim. Nə niyyətlə gəldiyini də bilmirdim, iclası davam etdirdim. Bu vaxt o əlindəki sellofandan bir kağız çıxardı, öz-özünə danışmağa başladı. Yenə də nə danışdığına fikir vermədim, dediklərinin mahiyyətinə varmadım.

Açığı, elə vəziyyətdə idim ki, qəbul etməyə bilmədim. Məcbur qəbul etdim. Lazımsız bir şey kimi məcbur qəbul etdim ki, bitsin bu məsələ. Fikirləşdim ki, bu kimdir ki, məni təltif etsin? Başqa addım ata bilmədim. Çünki dediyim kimi, çox nataraz adamdır. Videonu da birinci özü-çəkə-çəkə otağa gəlmişdi, sonra da iclasda olan işçilərin birinə verdi, o çəkdi. Məsələ belə oldu.

Rayon İcra Hakimiyyətinə də məlumat daxil olan kimi məni çağırdılar, tənbeh etdilər, danladılar. Onsuz da yaranan vəziyyətə görə özüm-özümü bağışlaya bilmirəm. Özümə nifrət elədim. Heç yaxşı hal deyildi, amma and olsun Allaha, özüm də olanlardan baş aça bilmədim, təsadüfdən yaranan bir problem oldu”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
globalinfo.az

1Источники