RU

DÇ-2026-dan sonra Premyer Liqa

“Vest Hem” və “Vulverhempton”un sabiq baş məşqçisi Xulen Lopetegi yenidən Premyer Liqaya qayıtmağı planlaşdırır.

Msport.az xəbər verir ki, hazırda Qətər millisini çalışdıran və komandanı DÇ-2026-ya çıxaran ispanyalı mütəxəssis klub futboluna qayıtmağa hazır olduğunu bildirib.

“Vest Hem”dəki debüt mövsümündə istefaya göndərilməsinə baxmayaraq, Lopetegi İngiltərə futboluna olan sevgisini gizlətməyib. Təcrübəli məşqçi Premyer Liqanı dünyanın ən yaxşı yarışı adlandıraraq xüsusilə azarkeşlərin yaratdığı mühiti yüksək qiymətləndirib.

Lopeteginin sözlərinə görə, hazırkı əsas hədəfi Qətər yığması ilə dünya çempionatında uğur qazanmaq olsa da, gələcəkdə İngiltərəyə qayıtmaq onun üçün böyük məqsəd olaraq qalır.

Qeyd edək ki, mütəxəssis 2022-23 və 2024-25 mövsümlərində müvafiq olaraq “Vulverhempton” və “Vest Hem”i çalışdırıb.

Избранный
108
3
msport.az

6Источники