RU

“Coca Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi

ain.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

(®) “Coca-Cola Azərbaycan” hər il olduğu kimi bu il də Novruz bayramı ərəfəsində xüsusi kampaniya təqdim edir.

“Novruz 2026” kampaniyası çərçivəsində istehlakçılar bayramın rənglərini əks etdirən “Coca-Cola” loqolu stəkan hədiyyə qazana biləcəklər.

Kampaniyada iştirak etmək çox sadədir:2.5 litr həcmli “Coca-Cola Classic”, “Fanta Portağal” və “Sprite” məhsullarının üzərində “2 qapağa 1 stəkan hədiyyə” yazısı olan iki qızılı rəngli qapağı toplayaraq “Qapaq dəyişmə nöqtəsi”nə təhvil vermək kifayətdir. Hər iki qapağa bir ədəd stəkan təqdim olunur.

Uduşlu qapaqlar aşağıda qeyd olunan satış məntəqələrində dəyişdirilə bilər:

Araz Supermarketlər şəbəkəsiGrandmart Supermarketlər şəbəkəsiBazarstore Supermarketlər şəbəkəsiTamstore Supermarketlər şəbəkəsiRahat Supermarketlər şəbəkəsiNeptun Supermarketlər şəbəkəsiGənclik Mall-da yerləşən “Coca-Cola” stendi

Şirkətin məsuliyyətli marketinq siyasətinə uyğun olaraq kampaniyada 14 yaş və yuxarı şəxslər iştirak edə bilərlər. Ətraflı məlumat üçün istehlakçı məlumat mərkəzinə müraciət edə bilərsiniz: 088 4441 (zənglər ödənişsizdir).

“Coca-Cola” Azərbaycan uzun illərdir ki, Novruz ənənələrinin yaşadılmasına dəstək göstərir. Şirkət “Nargis” Fondunun təşkil etdiyi “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasının, ADA Universitetinin “Bahar Youth” Festivalının tərəfdaşıdır və hər il Dənizkənarı Milli Parkda xüsusi bayram instalyasiyaları quraşdırır.

Xatırladaq ki, “Coca-Cola” bu gün 200-dən çox ölkədə istehlakçılara məhsul təqdim edən qlobal içki istehsalçısıdır. Şirkətin Azərbaycandakı fəaliyyəti 1994-cü ildə “Coca-Cola İçecek”in tərkibində “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb. Hazırda “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” markalarının istehsalı və satışı ilə məşğul olan “Coca-Cola Azərbaycan” 400-ə yaxın əməkdaş və təchizat zənciri vasitəsilə 5 000-dən çox iş yerini dəstəkləyir. Şirkət əlavə olaraq tullantıların azaldılması, su ehtiyatlarının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
3
marja.az

4Источники